Əbülfəs Qarayev gənc liderlərlə görüşüb


18:21     26 İyun 2019 19_06_26_1561558932.jpg

“Gənc liderlər məktəbi”nin üzvləri Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.

Femida.az xəbər verir ki, Milli Kitabxanada keçirilən görüşdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və nazir Əbülfəs Qarayevə gənclərlə görüş təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirib.

İlk görüş "Heydər Əliyev və mədəniyyət" mövzusuna həsr edilib.Sonra Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fikirlərini bölüşüb. Nazir qeyd edib ki, 25 il əvvəl ulu öndər onu yanına çağıraraq gənclər və idman naziri təyin edəcəyini bildirəndə gənc kadra göstərilən bu yüksək etimad həm özünü, həm də bir çoxlarını təəccübləndirmişdi.

Əbülfəs Qarayev çıxışı zamanı Mədəniyyət Nazirliyinin gənclər siyasətindən də söz açıb. Nazirlik tərəfindən gənclərin potensialını üzə çıxarmaq üçün gerçəkləşən layihələr haqqında məlumat verilib. Vurğulanıb ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir və gənclərin düşüncəsindən, müasir yanaşmalarından səmərəli istifadə etmək gərəkdir.

Nazir gənc liderlərə tövsiyələrini də verib. Görüş gənclərin ünvanladığı suallara cavablar və müzakirələrlə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Açar sözlər:

Oxunub: 615