ABŞ İrana hansı ölkədən müdaxilə edəcək?


19:11     26 İyun 2019 19_06_26_1561559209.jpg

“Rəsmi Bağdad heç bir halda ABŞ-a İrana hərbi müdaxilə üçün İraqdakı Amerika hərbi bazalarından istifadə etməsinə icazə verməyəcək”.

Femida.az xəbər verir ki, bunu İraq Prezidenti Bərham Saleh deyib.

Bərham Saleh qeyd edib ki, İraq İran da daxil olmaqla, heç bir qonşu dövlətə yönəlik hücumlarda poliqon rolunu oynamaq istəmir:

“Bu məsələ qətiyyən ABŞ və İraq hökumətləri arasında müzakirə mövzusu ola bilməz”.

ABŞ KİV-də Amerika hərbi qüvvələrinin İraqdakı hərbi bazarlardan İrana hərbi müdaxiləyə hazırlaşması barədə məlumat yayılıb

Açar sözlər:

Oxunub: 341