Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 21% artıb


20:12     26 İyun 2019 19_06_26_1561560444.jpg

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 5,8 mln. ton yük və 1,3 mln. sərnişin daşınıb.

Femida.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,7%, sərnişin daşınmasında isə 21% artım müşahidə olunub.

Orta hesabla sutkada 277 vaqon yüklənib, 392 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,8 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Açar sözlər:

Oxunub: 378