Tbilisidə etiraz aksiyası bərpa olunub

Tbilisidə etiraz aksiyası bərpa olunub


21:54     26 İyun 2019 19_06_26_1561567680.jpg

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası başlayıb.

Femida.az xəbər verir ki, yeddinci gündür keçirilən aksiyada hələ kütləvilik müşahidə olunmur.

Etirazçıların tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası, iyunun 20-21-də Tbilisidə aksiya zamanı saxlanılanların hamısının azad olunması və aksiyanın zor gücünə dağıdılmasında iştitak edən, güc tətbiq edən xüsusi təyinatlıların cəzalandırılmasıdır.

Açar sözlər:

Oxunub: 141