Qardaş gecə klubunda işləyən bacısını qətlə yetirdi


09:17     27 İyun 2019 19_06_27_1561612782.jpg


Bakıda qətl hadisəsi olub.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, Xaqani bağı ərazisində qeydə alınıb.

Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirmədən ölüb.

Məlumata görə, gənc qız Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #cinayət   #qətl  

Oxunub: 1673