Azərbaycan nefti bahalaşıb


09:47     27 İyun 2019 1422441694_neft-pul.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,84 ABŞ dolları və yaxud 2,8% artıb.


Femida.az
xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,42 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 261