General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı (VİDEO)


10:31     27 İyun 2019 2019/06/145d0b92fe313bf_1561617168.jpg

Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.


Bu təyinat günlərdir müzakirə olunur.

Təhlükəsizlik məsələləri üzrə eskpert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl Modern.az-a açıqlamasında 2004-cü ildən bəri -15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olunduğunu bildirib.

“Biz Əli Nağıyevlə birlikdə “Çaykənd əməliyyatı”nda, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs təyin edildi”,- deyə İ.İsmayıl bildirib.

Bu arada sosial şəbəkədə Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi Əli Nağıyevin MTN xüsusi təyinatlılarının əməkdaşı kimi 1991-ci ildə Goranboydakı hərbi əməliyyatlarda iştirakını əks etdirən videogörüntüsü yayılıb. Söhbət İlham İsmayılın bəhs etdiyi hərbi əməliyyatlardan gedir.

Femida.az xüsusi xidmət orqanlarrının sabiq əməkdaşı Arzu Nağıyevin paylaşdığı həmin görüntüləri təqdim edir:



Açar sözlər:

Oxunub: 3783