Xəzəri çirkləndirən obyekt sahibləri cəzalandırıldı - SİYAHI


11:12     27 İyun 2019 19_06_27_1561619633.jpg


Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reydlər keçiriblər.


ETSN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reydlər zamanı Sumqayıt şəhərinin Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən “Duyğu”, “Liman”, “Atlantida”, “Narınqala” və “Flaqman” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə cavabdeh şəxslər Etibar Məmmədov, Mehriban Kılıc, Ələkbər Qarayev, Süleyman Məmmədov, Amil Mirzəquliyev barəsində protokol tərtib olunub və onların hər biri vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. Eyni zamanda, qurğular quraşdırılanadək sözügedən obyektlərin fəaliyyətlərinin dayandırılması ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qarşısında vəsatət qaldırılıb.

Femida.az

Açar sözlər: #Xəzər   #dəniz  

Oxunub: 434