Palata bu şirkəti cərimələdi
11:18 27 İyun 2019
Maliyyə Bazarlarına Nəzarət Palatası "Sahil Trading" şirkətini cərimələyib.
Femida.az-ın xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.
Bu əmələ görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan "Sahil Trading" Türkiyənin bir çox markalarının distributorluğunu alaraq, qida və qeyri-qida məhsullarının satışını həyata keçirən şirkətdir.
Femida.az
Oxunub: 386
Oxşar xəbərlər
- Palata sədri: “Normativ-hüquqi aktlar yenilənməlidir”
- Palata DSMF-i yoxladı
- Palata İcra Hakimiyyətində yoxlama apardı
- Palata sədri: "Gəlirlərdə artım proqnozlaşdırılır"
- Palata ötən ay 5 mindən çox sorğuya cavab verib
- Palata 2 BOKT-a lisenziya verdi
- Palata Bakı Şəhər Halqasını cərimələdi
- Palata “Kontakt Home”u cərimələdi
- Palata 2 kredit ittifaqının lisenziyasını ləğv etdi
- Palata: İşğal olunmuş ərazilərdə bu əməliyyatlar dayandırılıb