“MTN işi”ndə zərərçəkmiş şəxsin məhkəməsi başlayıb


11:56     27 İyun 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinin qanunsuz əməllərindən zərər çəkən kimi tanınan Kabulov Əşrəf Rafael oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Femida.az -ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 4-ə təyin edilib.


Qeyd edək ki, Ə.Kabulov Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 179.3.2-ci ( külli miqdarda pulu məniməsəmə) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, Ə.Kabulov MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və digərlərinin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

İttihamda göstərilir ki, MTN əməkdaşları Ə.Kabulovdan 30 min manat pul alıblar.

Açar sözlər:

Oxunub: 331