Marketdə işləyən 18 yaşlı oğlan itkin düşdü


12:03     27 İyun 2019 2019/06/itkin_270619_1561622765.jpg

Sumqayıtda yeniyetmə oğlan itkin düşüb.

Femida.az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şirinov Fuad İzzət oğlu iyunun 26-da saat 14:30 radələrində işə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Ailə üzvlərinin sözlərinə görə, F.Şirinov evdən çıxarkən üzərində mobil telefon olmayıb: “Qəsəbədə yerləşən “Qayalı” marketdə işləyir. İş vaxtı mobil telefon icazə vermədiklərinə görə, evdə qoyub. İşlə maraqlanmışıq, işə də getməyib. Evdən çıxarkən əynində “Qayalı market" yazısı olan qırmızı köynək olub".


>Femida.az

Açar sözlər:

Oxunub: 536