41 dərəcədən çox isti olsa... - Nazirlikdən xəbərdarlıq
12:11 27 İyun 2019
Yay mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin diqqətinə çatdırır ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Femida.az -a daxil olan məlumata görə, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir.
Oxunub: 739
Oxşar xəbərlər
- 41 minə yaxın şəxs vaksinasiya olundu
- 41 yaşlı piyadanı avtomobil vurub
- 4124 yeni yoluxma - 38 nəfər ölüb
- 41 cinayətin üstü “isti izlər”lə açılıb
- 41 min şəxsə birdəfəlik ödəmə verilmədi - Xaricdə olduğu üçün
- 41 nəfər cinayət şübhəlisi saxlanıldı
- 41 şəhid ailəsi və müharibə əlilinə ev verildi
- 41 yaşlı kişi Bakıda itkin düşdü
- 41 ildən sonra bir ilk - Yaponiyadan İrana rəsmi səfər
- 41 yanmış meyit çıxarıldı -ABŞ vətəndaşı da var (VİDEO)