200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaq


12:27     27 İyun 2019 tehsil_nazirliyi_0443.jpg

Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 200 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 200 nəfər, o cümlədən 18 nəfər PhD (istənilən maraq dairəsində), 166 nəfər magistratura, 16 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb.

Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, University of Szeged, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərləri ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 2018-ci il noyabrın 23-də elan verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 492