Parlament pensiyaların artırılması ilə bağlı dəyişikliyi qəbul etdi

Parlament pensiyaların artırılması ilə bağlı dəyişikliyi qəbul etdi


13:08     27 İyun 2019 manattt.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə edilib.

Femida.az xəbər verir ki, dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 145