Ayıların parçaladığı şəxs bir ay sonra mağaradan sağ tapıldı — VİDEO +18


15:07     27 İyun 2019 2019/06/ayi-parcaladigi_1561633688.jpg

Rusiyanın Tuva bölgəsində dəhşətli hadisə baş verib.

Femida.az xəbər verir ki, ayıların hücumuna məruz qalan şəxs bir ay sonra ov köpəkləri tərəfindən bir mağarada tapılıb.

“The Siberian Times” qəzetinin xəbərinə əsasən, ov tulalarının dayanmadan hürməsi və bir nöqtəni tərk etməməsi ovçuların marağına səbəb olub. Ovçular mağaraya girəndə dəhşətli mənzərə ilə rastlaşıblar. Yaşayıb-yaşamadığı bilinməyən bir şəxs yerdə uzanılı vəziyyətdə olub.





O, sadəcə adının Aleksandr olduğunu deyə bilib. Ovçular onu dərhal xəstəxanaya çatdırıblar. İlk müayinədən sonra Aleksandrın ayı ilə mübarizəsində onurğasının qırıldığı məlum olub.
Aleksandr bildirib ki, ayı onu sonra yemək üçün mağarada gizlədib. O isə sağ qala bilmək üçün öz sidiyini içib. Həkimlər Aleksandrın sağ qalmasını möcüzə hesab edirlər. Artıq müalicə olunan Aleksandr qollarını tərpədə bilir.(Olke.az)

Açar sözlər: #video   #Rusiya   #heyvanlar  

Oxunub: 3161