Biləsuvarda dəhşətli qəza - 2 nəfər öldü (YENİLƏNDİ)


15:52     27 İyun 2019 2019/06/qeghgh_3123271414.jpg

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən Biləsuvar rayonunda “LADA” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ВАЗ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Bu dəqiqələrdə Biləsuvarda ağır qəza baş verib.

Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Lada Priora" və "Vaz 21 015" maşınlarının toqquşması nəticəsində 3 nəfər həlak olub.

Həlak olanlar rayonun İsmətli kənd sakinləridir.

Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib.






Femida.az

Açar sözlər:

Oxunub: 2260