Çimərlikdə qanunsuz pul yığanlara qarşı mübarizə başladı - şlaqbaumlar sökülür


16:06     27 İyun 2019 19_06_27_1561637244.jpg

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.

Femida.az “Report”a istinadla xəbər verir ki, Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.

Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.

Açar sözlər:

Oxunub: 384