Hamilə qadını zorlayan şəxs məhkəməyə müraciət etdi
16:31 27 İyun 2019
Zorlamada təqsirləndirilən Amid Ağamalıyev barəsindəki məhkəmə qərarından kassasiya şikayəti verib.
Oxu.Az xəbər verir ki, A.Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayətə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
İttihama görə, hadisə 2018-ci il noyabrın 2-də Saatlı rayonunun Şirinbəy kəndi ərazisində baş verib. Sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs hadisə baş verən gün gecə saat 23 radələrində həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinə gedərkən yolda 2000-ci il təvəllüdlü Ayna Vəliyeva (ad, soyad şərtidir) ilə qarşılaşıb.
A.Vəliyeva həmin gecə əri ilə dalaşaraq evdən qaçıb, anasının Sabirabad şəhərində yerləşən mənzilinə getməkdən ötrü yolun kənarı ilə Şirinbəy kəndinin çıxışına doğru hərəkət edirmiş. Bu zaman A.Ağamalıyev spirtli içkinin təsirindən qadınla cinsi münasibətdə olmaq fikrinə düşüb.
O, avtomobilini A.Vəliyevanın yanına sürərək, onu maşına mindirmək istəyib. Qadın onun təklifini rədd etsə də, A.Ağamalıyev qadından əl çəkməyib. O, qadını əlindən tutaraq zorla avtomobilə mindirib.
Qadın ərinin kim olduğunu deyərək, A.Ağamalıyevə xəbərdarlıq edib və yalvararaq ondan əl çəkməsini xahiş edib. Hətta A.Vəliyeva təqsirləndirilən şəxsə hamilə olduğunu bildirərək yalvarıb. Lakin A.Ağamalıyev qadının dediklərinə məhəl qoymayaraq, avtomobili çöllük əraziyə sürüb. O, avtomobildən düşərək qadını əvvəl təhqir edib, sonra onu zorlayıb.
Qadının şikayəti əsasında həbs edilən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən A.Ağamalıyev əməlindən peşmanlıq çəkdiyini, zərərçəkmiş şəxsin öz razılığı ilə onunla cinsi əlaqədə olduğunu bildirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağamalıyev 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Oxunub: 601
Oxşar xəbərlər
- Hamilə və 18 yaşından aşağı şəxslərə vaksin vurulmayacaq
- Hamilə arvadını dənizdə boğaraq öldürən şəxs tutuldu - Sumqayıtda
- Hamilə qadına işgəncə verən şəxsin məhkəməsi başlayır
- Hamilə arvadını bıçaqlayan kişi hakim qarşısına çıxarıldı
- Hamilə qadının dəm qazından boğulması faktına dair cinayət işi başlanıb
- Hamilə arvadına bıçaqlayan şəxsin məhkəməsi başlayır
- Hamilə qadın huşunu itirənə qədər döyüldü - VİDEO
- Hamilə qadın atası və əri tərəfindən döyüldü - Vəziyyəti ağırdır
- Hamilə qadın küçədə əmisi tərəfindən döyülüb
- Hamilə qadın körpəsini öldürmək istədi - Qanaxmadan özü öldü