Anasını görməyə getdi - Qətlə yetirildi


18:39     27 İyun 2019 tapanca%20(2)2.jpg


Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində qətl hadisəsi törədilib.


Femida.az Report-a istinadən xəbər verir ki, 40 yaşlarında olan kişi odlu silahla qətlə yetirilib.

Qaracalar kənd sakinləri bildiriblər ki, qətlə yetirilən şəxs Gürcüstanda yaşamayıb və o, bir neçə gün bundan öncə anasına baş çəkmək üçün kəndə gəlib.

Qətlin keçmişdə baş vermiş münaqişə zəminində törədildiyi bildirilir.

Qətlin üstü “isti izlərlə” açılıb.

Polis 40 yaşlı azərbaycanlı kişini qətlə yetirməkdə şübhəli bilinən Feyzulla Məmmədovu saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb.

Femida.az

Açar sözlər: #cinayət   #Gürcüstan  

Oxunub: 575