Güləşçimiz əsəbiləşib rəqibinə qapaz vurdu - VİDEO


16:55     27 İyun 2019 19_06_27_1561640131.jpg

Minskdə baş tutan güləş yarışlarında tamaşaçılar gərgin mübarizənin şahidi olub.

Femida.az xəbər verir ki, Azərbaycanı təmsil edən Camaləddin Məhəmmədov 125 kq çəkidə mübarizəyə qoşulub.

Güləşçimiz 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb.

Ancaq finalın bir addımlığında gürcü rəqibinə uduzub. 1/2 finalda gürcü güləşçi Givi Matçaraşvili ilə qarşılaşan Camaləddin əsəblərinə hakim ola bilməyib. Təmsilçimiz kobud rəftara görə rəqibinə qapaz vurub. Vəziyyəti yaxşı analiz edən hakim gürcü idmançının təxribat etdiyini görüb və ona xəbərdarlıq edib. Görüşün sonunda gürcü idmançı 4:2 hesablı qələbə qazanıb.

Ancaq iyunun 26-da baş tutan üçüncü yer uğrunda qarşılaşmada Rumıniya idmançısına vaxtından əvvəl qalib gələn Məhəmmədov komandamıza ikinci bürünc medalı qazandırıb.


Açar sözlər:

Oxunub: 599