Ölkəyə qanunsuz elektronika malları gətirmək istədilər


19:23     27 İyun 2019 2019/06/B99D9B93-024B-40D2-9D40-5786D4B9C4DC_1561649006.jpeg

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib.

Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları - 11 ədəd "qulaqlıq", 2 ədəd səsgücləndirici, 4 ədəd fotoaparat, 5 ədəd oyun diskləri, 1 ədəd plata, 1 ədəd driver, 27 ədəd harddisk, 2 ədəd "ştrix kod oxuyucu", 13 ədəd ətir, 3 ədəd driver, 3 ədəd videokart, 13 ədəd RAM, 44 ədəd flaşkart, 2 ədəd proyektor, 4 ədəd qol saatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 438