Putin dünyanın ən nüfuzlu adamı seçildi


01:00     05 Noyabr 2015 M4Qx6.jpg

Forbes jurnalı 2015-ci ildə Rusiya prezidenti Vladimir Putini ardıcıl üçüncü dəfə dünyanın ən nüfuzlu adamı seçib.


Reytinqdə ikinci yeri Almaniya kansleri Angela Merkel, üçüncü yeri isə ABŞ lideri Barak Obama tutub.

Dördüncü yerdə Roma Papası Fransisk qərarlaşıb. Beşliyi Çinin dövlət başçısı Si Tzinpin bağlayır.


Fobesin məlumatına görə, Putin bu il reytinqə ona görə başçılıq edir ki, o, “dünyada istədiyini etmək üçün kifayət qədər gücü olan və bunu etməyi bacaran azsaylı insanlardan biridir”.

“Oktyabrda o, Suriyada İŞİD mövqelərini bombardman etməyə başladı, sonra isə Suriya prezidenti Bəşər Əsədlə üz-üzə görüşərək, ABŞ və NATO-nun regiondakı zəifliyini göstərdi, Rusiyanın xaricdəki nüfuzunun bərpasına kömək etdi”, - deyə, Forbes yazır.

Qeyd edək ki, Putin Rusiya liderini 2014 və 2013-cü illərdə də dünyanın ən nüfuzlu lideri seçmişdi. Bunadək (2012, 2011 və 2009-cu illərdə) Putin reytinqdə ilk üçlükdə qərarlaşmışdı.

Açar sözlər:

Oxunub: 980