Tibbi yardımdan narazı qalan şəxs - Həkimi və tibb bacısını döydü


09:07     28 İyun 2019 19_06_28_1561698581.jpg


Bərdə rayonunda tibb işçiləri döyülüb.


İnsident Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində baş verib.

Orta yaşlı kişi sərxoş halda xəstəxanaya gəlib və ona lazımi tibbi yardım göstərilmədiyini əsas gətirərək, həkimlərə hücum çəkib. Hadisə zamanı bir həkim və tibb işçisi xəsarət alıb. Özünü idarə edə bilməyən və şəxsiyyəti məlum olmayan şəxs xəstəxanada olan tibb və inventar avadanlıqlarını dağıdaraq, yararsız vəziyyətə salıb.

Növbətçi həkimlər onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyiblər. Hadisə ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları əraziyə gələrək həmin şəxsi saxlayıb.

Faktı Bərdə polisi araşdırır. / Report

Femida.az

Açar sözlər: #həkim   #Bərdə   #xəstəxana  

Oxunub: 546