İlham Əliyev parlament seçkilərindən danışdı


01:19     05 Noyabr 2015 Ilham-Aliyev219.jpg

“Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunub. Son parlament seçkiləri xalqımızın iradəsini əks etdirir”.


APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bunu bu gün Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident İlham Əliyev bildirib ki, Milli Məclisə seçkilər şəffaf və ədalətli keçirilib: “Ölkədə inkişafı əngəlləyən amillər, o cümlədən korrupsiya halları aradan qaldırılmalıdır. Buna nail olmaq üçün isə güclü siyasi iradə və ictimai dəstək var”.

Açar sözlər:

Oxunub: 803