Həyətində narkotin becərən şəxs saxlanılıb - FOTO


09:20     28 İyun 2019 19_06_28_1561699259.jpg

Zaqatalada yaşadığı evin həyətyanı sahəsindəki istixanada narkotik tərkibli bitkilər becərən keçmiş məhkum saxlanılıb.



Femida.az -ın məlumatına görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Regional Şöbəsinin və Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Daxil olmuş məlumat əsasında rayonun Aşağı Tala kəndində kənd sakini Hüseyn Cərullah oğlu Ramazanovun yaşadığı evin həyətyanı sahəsində aparılan əməliyyat-axtarış tədbiri zamanı, həyətyanı sahənin tərəvəz məhsulları becərdilən hissəsində kustar üsulla hazırlanmış istixananın içərisində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən xeyli sayda narkotik tərkibli bitki çətənə kolları və həmin bitkinin yeni cücərmiş şitilləri aşkar olunub. Ərazidən hündürlüyü 30 sm-ə qədər olan 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə kollarının yeni cücərmiş şitilləri yığılaraq maddi sübut kimi götürülüb.

Narkotik tərkibli bitkiləri əkməkdə şübhəli sayılan, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş H.Ramazanov DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Regional Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 541