Ağsuda 14 baş heyvan ölüb - Örüşdə kütləvi zəhərlənmə


09:29     28 İyun 2019 19_06_28_1561699808.jpg

Ağsu rayonunda iri buynuzlu heyvanlar arasında kütləvi ölüm hadisəsi baş verib

Hadisə rayonun Padar kəndində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, iribuynuzlu heyvanlar örüş sahəsində otlayan zaman kütləvi zəhərlənmə baş verib. Hadisə zamanı kənd sakinlərinə məxsus 14 baş iribuynuzlu heyvan ölüb. Yerli sakinlərin sözlərinə görə, onlara ümumilikdə 25 min manata yaxın ziyan dəyib.

Hadisə ilə bağlı rayon Baytarlıq İdarəsinin həkimləri əraziyə baxış keçiriblər. Ölmüş heyvanlardan nümunələr götürülərək araşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib.

Heyvanların hansı səbəbdən zəhərlənməsi laboratoriyanın rəyindən sonra müəyyən olunacaq.(Oxu.az)

Açar sözlər:

Oxunub: 468