Beş qurum arasında memorandum imzalandı


11:40     28 İyun 2019 2019/06/sigor-1561706026_1561708078.jpg

Bu gün Bakıda keçirilən IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2019) çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Təhsil Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Femida.az xəbər verir ki, anlaşma memorandumu bu qurumların iştirakı ilə ölkədə sığorta sahəsi üzrə maarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılması və aidiyyəti qurumların İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasına dəstəyin verilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Femida.az

Açar sözlər:

Oxunub: 380