Sürücülərə xəbərdarlıq: Bu yerlərdə maşın saxlamayın!


11:56     28 İyun 2019 qanunsuz%20parklama.png

Xəbər verildiyi kimi, yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması – təxliyə xidmətinə başlanılacaq. Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib.


Bakı Nəqliyyat Agentliyindən Femida.az -a verilən məlumata görə, həmin ünvanlar vətəndaşların müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib.

Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.




Femida.az

Açar sözlər:

Oxunub: 699