Gömrükdə saxlanılan qadının daxili orqanından görün çıxdı - FOTO
12:24 28 İyun 2019
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn xanım vətəndaş saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da ona məxsus əl çantasının içərisində həblər olduğu müəyyən edilib.
Daha sonra xanım vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanından şəffaf rəngli sellofana bükülü 7 ədəd uzunsov formalı bağlamada 425 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və 49 ədəd açıq qəhvəyi rəngli, birxətli üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1244
Oxşar xəbərlər
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
- Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı - VİDEO
- Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişir
- Gömrükdə külli miqdarda pirotexniki vasitələr saxlanıldı
- Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən sualların - Cavabları
- Gömrükdə külli miqdarda narkotik aşkarlandı
- Gömrükdə qaçaqmalçılığın qarşısı alındı