Fermerlərə subsidiyaların verilməsində yeni qaydalar
12:35 28 İyun 2019
"Yeni qaydalara əsasən subsidiyaların baza məbləğinin məhsulun müvafiq komissiya tərəfindən təsdiqlənmiş əmsallara vurulmaq şərtilə verilməsi nəzərdə tutulub"
Femida.az AzVisionaz-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.
Agentlik rəhbərinin sözlərinə görə, burada hər hansı kənd təsərrüfatı məhsulunun əkilməsi zamanı onun fermer, iqtisadiyyat üçün gəlirliyi, məşğulluq imkanlarının yaradılması, ölkənin idxal və ixrac imkanlarına nə dərəcədə təsiri olması barədə operativ məsələlərin nəzərə alınması əsas məqamlardandır.
"Dəyişikliyə əsasən fermerlər elektron kənd təsərrüfatından istifadə edərək subsidiyaları əldə edəcəklər. Burada subsidiya informasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bu sistem üzrə böyük işlər görülür. Fermerlərin böyük hissəsi artıq qeydiyyatdan keçib".
M.Əliyev qeyd edib ki, qaydalarda edilən digər dəyişikliyə əsasən, əvvəllər subsidiyalar nazirlik tərəfindən verilirdisə, indi bu səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülüb.
"Yeni subsidiya sistemi fermerlərin işlərinə daha çox dəstək olacaq, məhsuldarlıq artacaq, kənd təsərrüfatı məhsullarının ixracının artmasına, idxaldan asılılığın azalmasına, qida təhlükəsizliyi, məşğulluğun təmin olunmasına öz müsbət təsirini göstərəcək".
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında fərman imzalayıb.
Femida.az
Oxunub: 521
Oxşar xəbərlər
- Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib
- Fermerlərə bu halda subsidiya ödənilməyəcək - FƏRMAN
- Fermerlərə təlimlər keçirilir
- Fermerlərə subsidiya nə zaman veriləcək?
- Fermerlərə 63 milyon manatdan çox subsidiya ödəniləcək
- Fermerlərə təlim keçirilib
- Fermerlərə 23 milyon manat subsidiya veriləcək
- Fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək
- Fermerlərə yüksək məhsuldar toxumlar verilib
- Fermerlərə 25 min manata yaxın subsidiya veriləcək - QƏRAR