12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanıldı


12:50     28 İyun 2019 hebsss.jpg

Sumqayıtda 12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşları dələduzluq etmiş H.Ağayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə 12 nəfəri viza düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 56913 manat pul aldığını müəyyən ediblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 397