Moskvada 85 min nəfər küçəyə axışdı


02:38     05 Noyabr 2015 f0686da5b8ad81ca878fc2c2a328e862.jpg

Rusiya paytaxtında 4 noyabr Milli Birlik günü münasibəti ilə "Biz birik!" adlı yürüş keçirilib.


APA-nın verdiyi məlumata görə, paytaxtın "Mayakovskaya" metro stansiyasının yanından başlayan yürüşdə 85 min nəfər iştirak edib.

Yürüş iştirakçıları Misirdə qəzaya uğrayan Rusiya təyyarəsində həlak olan insanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Aksiya təşkilatçısı olan Rusiya İctimai Palatası yürüşə 80 min nəfərin qatıldığını bildirərək, bu rəqəmin yürüşdə iştirakla bağlı ərizə verənlərin sayından 8 dəfə çox olduğunu bəyan edib.

Moskvanın Lyublino rayonunda isə rus millətçiləri aksiya keçiriblər. "Rus marşı" adlı mitinqdə 500 nəfər iştirak edib. Paytaxt meriyası rus millətçilərinə mərkəzdə aksiya keçirməyə icazə verməyib.

Qeyd edək ki, Milli Birlik Günü Rusiyada 2005-ci ildən etibarən hər il noyabrın 4-də qeyd olunur.

Açar sözlər:

Oxunub: 1052