Şəmkirdə “VAZ-2107” və “ZİL” toqquşub, ölən var


14:30     28 İyun 2019 2019/06/Vaz_2107_Crash_160113_1561717884.jpg

Şəmkir rayonu ərazisində “VAZ-2107” və “ZİL” markalı avtomobillər toqquşub.



Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 27-də saat 15 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində rayon sakini Elmar Tağıyevin idarə etdiyi “VAZ-2107” və Tovuz rayon sakini Zahid Həsənovun idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 726