Ermənistanda hərbçi ürəyindən bıçaqlanıb

Ermənistanda hərbçi ürəyindən bıçaqlanıb


15:12     28 İyun 2019 2019/06/ermeni-yeni_1561720442.jpg

Ermənistan ordusunun hərbi qulluqçusu bıçaqlanıb.


Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Aramvir rayonunun Şaumyan kəndində baş verib.

Həmkəndlisi ilə mübahisə edən 24 yaşlı hərbçi iyunun 26-dan 27-nə keçən gecə ürək nahiyyəsindən bıçaqlanıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Ağır yaralanmasına baxmayaraq, həkimlər onun həyatını xilas ediblər.

Hüquq-mühafizə orqanları cinayətlə bağlı araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 201