Maşınların evakuasiya olunacağı küçələrin adları AÇIQLANDI


15:50     28 İyun 2019 19_06_28_1561722258.jpg

Yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması – təxliyyə xidmətinə başlanılacaq.


BNA-dan Femida.az-a verilən məlumata görə, sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyyə işlərinin həyata keçiriləcəyi ünvanların siyahısı açıqlanıb. Bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib.

Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir. Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər aşağıdakı ünvanlardır.




Femida.az

Açar sözlər: #BNA   #sürücü   #yol   #küçə   #evakuasiya  

Oxunub: 1161