Müəllim işləmək üçün namizədlər qeydiyyatdan keçdi


18:39     28 İyun 2019 müellim-660x330.jpg


Müəllim olmaq istəyənlər üçün elektron sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən Femida.az-a bildirilib ki, iyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün29 mindən çox namizəd elektron qeydiyyatdan keçib, 26 mindən çox namizədin isə elektron ərizəsi təsdiqlənib. Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq.

Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Ötən il müsabiqəyə qatılanlar həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətə işdən ayrılan, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak edənlər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilən namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 461