Türkiyədə Azərbaycana həsr olunan xatirə pulu buraxılıb
18:42 28 İyun 2019
Türkiyə zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yüz illiyinə həsr olunan bürünc xatirə pulu buraxıb.
Səfirlikdən Femida.az-a verilən məlumata görə, xatirə pulunun ön üzündə Azərbaycanın gerbi, ölkəmizin xəritəsinə həkk olunmuş dövlət bayrağımız və “Republic of Azerbaijan – 100 – Diplomatic Service 1919-2019” yazısı, arxa üzündə isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsəlman dünyasında ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyamızın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi tarixi əsas tutaraq 24 avqust 2007-ci il tarixində 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il iyulun 9-u Azərbaycan Respublikası diplomatlarının peşə bayramı kimi qeyd olunur.
Oxunub: 742
Oxşar xəbərlər
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb
- Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədə zəlzələ olub
- Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var