Baş həkimin evinə hücum edib döydülər


17:53     28 İyun 2019 maska_ogru_048.jpg

Füzuli rayonunda kəndlilər baş həkimə hücum ediblər.



Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 1966-cı il təvəllüdlü Natiq Şükürov özü polisə şikayət edərək bu barədə məlumat verib. O bildirib ki,yaşadığı Böyük Bəhmənli kəndindəki evinə gələn bir qrup kənd sakini ona fiziki təzyiq göstərərək təhqir edərək nalayiq ifadələr işlədiblər. Daha sonra isə oğlu, 26 yaşlı Araz Şükürovu isə döyüblər.

Şikayətlə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 463