Səfər Mehdiyev ÜGT-nin baş katibi ilə görüşüb


20:50     28 İyun 2019 19_06_28_1561736102.jpg

Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlığı Şurasının 133/134-cü sessiyaları keçirilir.

Femida.az xəbər verir ki, iyunun 28-də sessiya çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Kunio Mikuriya ilə görüşüb.

Kunio Mikuriya ÜGT-nin Bakı şəhərində keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində ölkəmizə səfərindən, Prezident İlham Əliyevlə görüşündən məmnunluqla bəhs edib.ÜGT rəhbəri konfransın yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Prezidentinə və Hökumətinə bir daha təşəkkürünü bildirib.

Səfər Mehdiyev isə bildirib ki, ÜGT ilə Azərbaycan gömrüyü arasında uzun illərə söykənən səmərəli və işgüzar əməkdaşlıq əlaqələri mövcuddur və birgə həyata keçirilən uğurlu layihələr, gömrük işininin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli həyata keçirilməsi istiqamətində atılan addımlar gələcək əməkdaşlığın daha dainkişaf etməsinə öz töhfəsini verəcək.

Bundan başqa, eyni gündə Brüsseldə DGKomitəsi ilə ÜGT arasında “ÜGT-nin e-learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair razılaşma imzalanıb. Sənədi DGK sədrinin müavini İqbal Babayev və ÜGT-nin Administrasiya və Şəxsi Heyətinin rəhbəri Hans Pieters imzalayıblar.

Qeyd edək ki, təhsildə yeni metod və yanaşmaları ehtiva edən “e-learning” bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, analiz edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bir sistemdir.

Layihə gömrük sahəsində çalışanların bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasına şərait yaradır.

Açar sözlər:

Oxunub: 378