Azərbaycan Belarusdan elektrobuslar aldı


09:12     29 İyun 2019 2019/06/lek1_1561786434.jpg

Azərbaycan Belarusun “Belkommunmaş” şirkətindən elektrik avtobuslar alıb.

Femida.az “BelTA”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Belkommunmaş” ASC-nin Xarici iqtisadi fəaliyyət idarəsinin müdiri Aleksandr Klakeviç deyib.

Müdirin sözlərinə görə, müəssisə hələlik Azərbaycana dörd ədəd elektrobus tədarük edib.

Qeyd edək ki, “Belkommunmaş” MDB-nin aparıcı yerüstü elektrik nəqliyyatı istehsalçısıdır. Müəssisədə troleybuslar, tramvay vaqonları və elektrobuslar istehsal olunur.


Femida.az

Açar sözlər:

Oxunub: 291