Sərxoş kişi özünü bıçaqladı


09:35     29 İyun 2019 bicaqlayib%20ozunu.jpg

Şəkidə bıçaqlanma hadisəsi baş verib.


Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gecə rayonun Kiş kənd sakini, 1971-ci il təvəllüdlü Mübariz Əli oğlu Məhərrəmov qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz etməyən və sol saidin kəsilmiş-cırılmış xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı sərxoş vəziyyətdə olan M.Məhərrəmov yaşadığı ünvanda ailə münaqişəsi zəminində bıçaqla özünə xəsarət yetirib. M.Məhərrəmova lazımı tibbi yardım göstərilib, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 332