Sərinləmək istədi, boğulub öldü


10:05     29 İyun 2019 2019/06/berde-qeza-bogulma-26082017_1561788419.jpg

İmişlidə 62 yaşlı kişi su kanalında boğularaq ölüb.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, İmişli və Biləsuvar ryonlarının sərhədində yerləşən 3 saylı Cəbrayıl köçkün düşərgəsinin yaxınlığından keçən su kanalında Ağsu rayonunun Muradlı kənd sakini, 1957-ci il təvəllüdlü Əkbərov Rahim Məlikbaba oğlu çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq İmişli rayon morquna təhvil verilib.

Qeyd edilir ki, adıçəkilən şəxs həmin ərazidə tikinti işləri aparan müəssisələrdən birində çalışırmış.O su buraxıcısında sərinləmək məqsədi ilə çimərkən boğulub öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1083


Oxşar xəbərlər