Arvadının boğazını kəsən şəxsin məhkəməsi başlayır


10:07     29 İyun 2019 1398947325_mehkeme.jpg

Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın məlumatına görə, T. Qurbanov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.


Qeyd edək ki, qətl bu ilin fevralında Binəqədi rayonunda qeydə alınıb. 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov arvad,ı 1979-cu il təvəllüdlü Lalə Həsən qızı Qurbanovanın boğazını kəsib.

Hadisəni törədən şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Araşdırmalar zamanı məlum olub ki, kişi arvadını qısqanclıq zəminində qətlə yetirib.

Açar sözlər:

Oxunub: 453