Əli Nağıyevin əvvəlki vəzifəsinə - TƏYİNAT


10:38     29 İyun 2019 19_06_29_1561790355.jpg

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Femida.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Fuad Rəsulov təyinat alıb.


F.Rəsulov bundan əvvəl İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi işləyib.

Qeyd edək ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb.

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Açar sözlər:

Oxunub: 541