Angela Merkel səhhəti ilə bağlı açıqlama verib


11:27     29 İyun 2019 19_06_29_1561793310.jpg

Almaniya kansleri Angela Merkel səhhəti ilə bağlı açıqlama verib.

Femida.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, Yaponiyanın Osaka şəhərində keçirilən G 20 ölkələri liderlərinin sammitində iştirak edən A. Merkel səhhətində heç bir problemin olmadığını bildirib: “Əminəm ki, bu hal necə yaranıbsa, elə də gedəcək. Bu barədə xüsusi bir şey deyə bilmərəm. Özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, A. Merkel Ukrayna prezidenti Viladimir Zelenski ilə iyunun 18-də görüşü zamanı titrəməyə başlayıb.


Oxşar hadisə ikinci dəfə Almaniya prezidentinin iqamətgahında baş verib. Prezidenti Frank Volter Ştaynmayerin ədliyyə nazirinin vəzifəsinin icrasına başlaması ilə əlaqədar nitqi zamanı kansler onunla birlikdə zalda dayanıb. A.Merkel dayandığı yerdə güclü şəkildə titrəməyə başlayıb. O, təklif edilən sudan imtina edərək ayaq üstə qalmağa davam edib.

Açar sözlər:

Oxunub: 459