Adada tapılan qeyri-adi skelet elm dünyasını ayağa qaldırdı— VİDEO


12:14     29 İyun 2019 19_06_29_1561796094.jpg

La-Manş boğazındakı Gernsi adasında arxeoloqlar qeyri-adi kəşfə imza atıblar.

Femida.az xəbər verir ki, alimlər insan qalıqları olan bir qəbir aşkar ediblər. Alimlər adada məhz insanların yaşadığını düşünsələr də, kəşf başqa mətləblərdən xəbər verir.

Məsələ burasındadır ki, qədim insan qalıqlarından məlum olub ki, qəbirdə yatanın iri gözü (qəribədir ki, alnında), hamar üzü və qəribə ayaq pəncəsi var. Bədən proporsiyası pozulub. Bundan başqa, sümüklərin düzülüşü də fərqlidir.

Elm aləmi hələlik məsələnin hansısa təpəgözdən və ya sirli qumanoiddən getdiyini elan etməyə tələsmir. Mütəxəssislər ehtimal edirlər ki, kəllə sümüyü zədələnib və iki göz çuxuru əvəzinə biri formalaşıb. Sümüklərin belə formaya düşməsi isə qəbirin su basması ilə izah edilir.
Ehtimal edilir ki, qəbirdəki boyu 152 sm olan rahib skeletidir. Laboratoriya analizlərindən sonra isə dəqiq nəsə demək mümkün olacaq... (olke.az)


Açar sözlər: #maraqlı_video   #qorxulu_video  

Oxunub: 3649