Salman bununla bağlı mükəmməl işlər görüb - Tramp


15:42     29 İyun 2019 19_06_29_1561798015.jpg

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman terrorizmlə mübarizədə mükəmməl işlər görüb.

Femida.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp vəliəhdlə görüşü zamanı deyib.

“Uzun müddət Səudiyyə Ərəbistanı və digər ölkələrin terrorizmə sponsorluq etdiklərinə dair məsələlər olub. Bütün pullar xoşumuza gəlməyən qruplaşmalara gedirdi. Siz bunun qarşısını aldınız. Mən bunu dəyərləndirirəm. Biz diqqətlə bunu tədqiq edirik” - deyə o, bildirib.

Tərəflər görüş zamanı neft bazarındakı stabilliyi, Yaxın Şərqdə stabilliyi, İranın artan təhdidləri, ticarətin və investisiyaların artırılmasını müzakirə ediblər.

Açar sözlər:

Oxunub: 373


Oxşar xəbərlər