Meksikada marixuananın istifadəsi leqallaşıb


13:28     05 Noyabr 2015 b282aa77f2e14f2ba7da39a2b7e89287.jpg

Meksika Ali Məhkəməsi marixuananın şəxsi məqsədlər üçün becərərək istifadə etməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “NewYorkTimes” məlumat yayıb.

Sənəd marixuananın satışını və narkotik vasitələrin digər növlərinin istifadəsini nəzərdə tutmur.

Bundan əvvəl ABŞ prezidentliyinə namizəd, ölkənin sabiq dövlət katibi Xillari Klinton teledebatlar zamanı marixuananın ölkədə leqallaşdırılmasına qarşı olduğunu bildirib. Onun rəqibi, prezident postuna ən yaşlı namizəd Berni Sanders isə marixuananın leqallaşdırılmasını dəstəklədiyini bildirib.

Açar sözlər:

Oxunub: 880