VAZ-lar toqquşdu: II kurs tələbəsi öldü - FOTO


12:56     29 İyun 2019 19_06_29_1561798634.jpg

Qobustan rayonunda ağır yol qəzası baş verib.

Femida.az -ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, rayonun Təklə kəndi yaxınlığında “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ 2106”-nın sərnişini, kənd sakini 1998-ci il təvəllüdlü Nəbiyev Mürvət Zahid oğlu hadisə yerində dünyasını dəyişib.


M.Nəbiyev Azərbaycan Müəllimlər İnstitutunun II kursunda təhsil alırdı.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.


Açar sözlər:

Oxunub: 399


Oxşar xəbərlər