Vəkillərə ödənişlər nağdsız formada həyata keçiriləcək


13:28     29 İyun 2019 2019/06/9446a2bd-7857-4fba-9b42-2352c9151b5d_1561800673.jpg

Azərbaycanda “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydalar təsdiq edilib.



Vəkillər Kollegiyasından Femida.az-a verilən məlumata görə, bununla bağlı qərar qurumun Rəyasət Heyətinin iclasında qəbul edilib.

Nağdsız hesablaşmaların cari il oktyabrın 1-dən etibarən tətbiq edilməsi qərara alınıb.

İclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə də baxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 546